Vəzifəli qadının bu işləri narazılıq yaratdı: Rabitə quyularının üzərində obyekt tikir -FOTO+VİDEO
04 Dekabr 2025, 13:07
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
2842
26.10.2022, 15:32
Sumqayıt Dövlət Universitetinin 3-cü kurs tələbəsi Əliyev Müşfiq Mikayıl oğlu təhsilhaqqını ödəyə bilmədiyi üçün heç bir dərsə, imtahana buraxılmadığını deyir.
Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən tələbə bildirib ki, Fizika Elektroenergetika fakültəsində İstilik Energetik Qurğular ixtisasi üzrə təhsil alır. Onun sözlərinə görə, illik təhsilhaqqı 1200 manadır: “Özüm şəhid övladıyam. Atam Əliyev Mikayıl Atababa oğlu 1992-ci il fevralın 26-da şəhid olub. 31 yaşım var, hərbçiyəm. Ailəliyəm, bir övladım var. Çox çətinliklə ailəmi dolandırıram. Təhsilhaqqımı ödəyə bilməməyimə səbəb isə banklara xeyli borcumun olmasıdır. Sadəcə birinci kursumun ödənişini etmişəm, daha sonra edə bilmədim. Övladım hidrosefaliyyadan əziyyət çəkir. Qızım həm də eşitmə əngəllidir. Nə eşidə bilir, nə də danışa. Qazancımı onun müalicəsinə sərf etdiyim üçün təhsilhaqqımı ödəyə bilməmişəm”.
Müşfiq Əliyevin sözlərinə görə, 2020-ci ildə dərslərdə və imtahanlarda iştirak edə bilməyib: “Vətən müharibəsi başladı və mən həmin vaxt ön cəbhədə olmasam da, xidmətdə idim. Dərslərdə axrıncı dəfə aprel ayında iştirak etmişəm. Ödənişi etmədiyim üçün imtahana buraxılmadım və dedilər ki, dərslərə də buraxılmayacağam”.
Tələbə əlavə edib ki, şəhid övladı kimi dövlət tərəfindən ona ev də verilməyib: “Baxmayaraq ki, atamın ölümündən 30 il keçib və bununla bağlı lazım olan sənədlərlə dəfələrlə Sosial Xidmətlər Agentliyinə müraciətlər etmişəm”.
Həmçinin oxuyun
Müşfiq Əliyevin dərslərə və imtahanlara buraxılmaması ilə bağlı Sumqayıt Dövlət Universitetinə müraciət etdik. Universitetdən sorğumuza verilən açıqlamada deyildi ki, tələbə ilə görüşərək ona məsələ ilə əlaqədar ətraflı məlumat verilib.
Tələbə M.Əliyev də saytımıza təsdiqlədi ki, bizə müraciətindən sonra universitetə dəvət olunub. Ona bildirilib ki, problemi ilə bağlı kömək etməyə çalışacaqlar, vəziyyətlə bağlı rektora da məlumat veriləcək: “Lakin hələ də heç bir tədbir görülməyib”.
Şəhid övladına ev verilməsi məsələsinə gəlincə, bununla əlaqədar Sosial Xidmətlər Agentliyinə üz tutduq. Qurumun səlahiyyətli şəxsi Müşfiq Əliyevin əlaqə nömrəsini alaraq onunla danışılacağını bildirdi. M.Əliyevin saytımıza bildirdiyinə görə, artıq onunla əlaqə saxlanılıb və hazırda agentliyin balansında ikiotaqlı mənzilin olmadığı, yalnız olduğu halda problemə baxıla biləcəyi qeyd edilib.
23:58 / 14 Dekabr 2025
164
23:35 / 14 Dekabr 2025
68
22:57 / 14 Dekabr 2025
81
22:24 / 14 Dekabr 2025
251
21:54 / 14 Dekabr 2025
114
21:51 / 14 Dekabr 2025
80
21:45 / 14 Dekabr 2025
152
21:33 / 14 Dekabr 2025
835
20:58 / 14 Dekabr 2025
706
20:50 / 14 Dekabr 2025
143
20:16 / 14 Dekabr 2025
1113
19:55 / 14 Dekabr 2025
139
19:50 / 14 Dekabr 2025
83
19:36 / 14 Dekabr 2025
84
19:27 / 14 Dekabr 2025
270
19:22 / 14 Dekabr 2025
116
18:57 / 14 Dekabr 2025
3422
17:55 / 14 Dekabr 2025
1003
16:45 / 14 Dekabr 2025
1549
15:41 / 14 Dekabr 2025
1108
15:09 / 14 Dekabr 2025
132
14:56 / 14 Dekabr 2025
246
14:08 / 14 Dekabr 2025
2563
13:58 / 14 Dekabr 2025
148
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.